Qardaşlarımızla bizim bircə arzumuz var: Qarabağı qaytarmaq arzusubackend

Qardaşlarımızla bizim bircə arzumuz var: Qarabağı qaytarmaq arzusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq son dərəcə labüddür. Düşmən Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağımız işğal altındadır. Ermənistanın işğalçılıq siyasəti region üçün olduqca böyük təhlükə yaradıb.

Düşmənin Tovuz rayonunda heç bir Beynəlxalq normalara sığmayan həyasız hərəkətinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabı erməni məkrini açıq şəkildə ortaya qoydu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir.” Ermənilərin 1988-ci ildən indiyə qədər xalqımıza qarşı atdıqları bütün vəhşi hərəkətlər onların çapını aşıb. Həyasızlığın, vandalizmin həddi -hüdudu olmayıb.

Ölkələr arasında Hərbi əməkdaşlıq həm Sülh şəraitində, həm də müharibə şəraitində mümkün ola bilər. Hərbi Əməkdaşlıq beynəlxalq münasibətlərin kəskinləşdiyi dövrdə, real hərbi təhlükə yarandığı və hərbi münaqişələrin riskinin artdığı dönəmlərdə daha intensiv xarakter alır. Və buna xeyli misallar gətirmək olar…Tarixi gedişatda hərbi əməkdaşlığın bütün növləri önə çəkilir: Hərbi-siyasi, hərbi strateji və hərbi – texniki əməkdaşlıq. Azərbaycanla Türkiyə arasında razılaşdırılmış Hərbi doktrina qəbul olunmalıdır.

Bu hərbi doktrina Regionda təhlükəsizliyin təmin olunmasını koordinasiya edə bilər. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın hər üç növünə də ehtiyac var. Və hər iki qardaş xalq bunu dəstəkləyir. Fatih Sultan Mehmetin tarixdə qalan bir fikrini xatırlayıram: “Mənim bircə arzum var: Konstantinapolu mənə verin!” İndi qardaşlarımızla bizim bircə arzumuz var: Qarabağı qaytarmaq arzusu. Bu isə mütləq hərbi əməkdaşlıqdan keçir.

Etibar Əliyev

Millət vəkili Etibar Əliyev