Qaribaşvili istefa verdibackend

Qaribaşvili istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi xüsusi brifinqdə vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, gələcəklə bağlı planlardan danışarkən o, Siyasi Şuranın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri postunu tutmaq təklifini qəbul etdiyini qeyd edib.

“Komandada çoxlu uğurlu liderlər var və başqalarına da fürsət vermək vacibdir. Üstəlik, indi qarşımızda yeni vəzifələr var – biz payızda yeni parlament seçəcəyik və “Gürcü arzusu” başqa, daha yüksək məqsədlərə doğru irəliləyişi davam etdirmək üçün seçkilərdə inamlı qələbə çalmağa hazırlaşmalıdır”, – Qaribaşvili deyib.

Eyni zamanda o, Vətənə vicdanla xidmət etdiyini vurğulayıb:

“Mən ölkəmizin və xalqımızın maraqlarını güzəştə getmədən müdafiə etdim və bu müddət ərzində komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm”.

Qeyd edək ki, Qaribaşvili iki dəfə baş nazir olub: 2021-ci ildən 2024-cü ilə qədər və 2013-cü ildən 2015-ci ilə qədər. O, 2012-ci ildən ölkəyə rəhbərlik edən “Gürcü Arzusu” partiyasının yaradılması zamanı milyarder Bidzina İvanişvilinin sağ əli olub.

Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildə İvanişvilinin özünü baş nazir kimi əvəzləyib və 2015-ci ilin sonuna qədər bu vəzifədə qalıb. Qaribaşvili o zaman Gürcüstan tarixində ən gənc baş nazir (31 yaş) olub.