Qaribaşvili istefaya göndərilir?backend

Qaribaşvili istefaya göndərilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verə bilər.

NOCOMMENT ölkənin müxalif “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, Qaribaşvili regionlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçki zamanı əldə olunmuş uğursuz nəticələrə görə hökumətdəki vəzifəsindən məhrum edilə bilər.

Mənbənin məlumatına görə, Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edə bilər. Belə ki, o, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin etibar etdiyi şəxs hesab olunur.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 2-si keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, mer seçkilərinin ikinci turu oktyabrın 30-u ölkənin 20 şəhərində keçiriləcək./qafqazinfo