QARIN fəsadları: Bakıda xəstəxanalara yerləşdirilənlərin sayı AÇIQLANDIbackend

QARIN fəsadları:Bakıda xəstəxanalara yerləşdirilənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 18:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NOCOMMENT.az -a daxil olan məlumatda bildirlir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

*16:19

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası hava şəraiti ilə əlaqədar sürüşərək yıxılıb ağır xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.

NOCOMMENT-ə daxil olan məlumatda bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.