Həkimlər “ən sakit” xərçəng növünün əsas əlaməti olaraq qarnının daim şiş, köp olduğunu bildirir.
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, qarın xərçəngi onkoloji xəstəliklərin ən sakit növüdür.
Belə şişlər gizli gedişi ilə xarakterizə olunur və artıq şiş böyük ölçüyə çatdıqda və digər orqanları və ya qan damarlarını sıxdıqda xəstə hiss edir və həkimə müraciət edir. Şişin böyüməsi ağrı ilə müşayiət olunmur, buna görə də erkən mərhələlərdə onlar adətən təsadüfən tapılır.
Peritoneal karsinoz peritonun bədxassəli hüceyrələrlə geniş yayılmış infeksiyasıdır.
Bunun səbəbləri:
qarın boşluğunda düyünlərin meydana gəlməsi,
qarın boşluğunda yerləşməyən ikincil şişlər
peritonun özünün bədxassəli xəstəliyi
Britaniyalı mütəxəssislərin fikrincə, periton xərçənginin əsas simptomları bunlardır:
daimi siskin, köpmüş mədə,
nəcis ilə davamlı problemlər (ishal və ya qəbizlik),
tez-tez qarın ağrısı, sancı.
Həmçinin, onkoloji prosesin inkişafı qarın palpasiyası zamanı ağrı, “gərginlik” hissi və iştahın itirilməsi ilə ifadə edilə bilər.
Peritoneal şişlərin gec əlamətləri:
temperaturun artması
venoz və limfa axınının pozulması
qarının böyüməsi
assit (qarın boşluğunda maye yığılması)
ayaqların şişməsi
zəiflik
kilo itkisi.