Əlverişsiz hava şəraiti bəzi avtomobillərə marağı artırıb.
NOCOMMENT.az xəbər verir ki, qar səbəbindən 4 çəkən avtomobillərin qiymətində cüzi, müvəqqəti artım müşahidə olunub.
Qarlı havada əsasən yolsuzluq avtomobillərinin (SUV), tam ötürücülü (4×4 və ya AWD) nəqliyyat vasitələrinin və pikapların qiyməti artır və tələbat çoxalır. Bu tip maşınlar qarlı və sürüşkən yollarda daha yaxşı idarəolunma və təhlükəsizlik təmin etdiyi üçün insanlar onları daha çox almağa və ya icarəyə götürməyə meyilli olur.
Qarlı və sürüşkən hava şəraitində aşağı mühərrikli maşınlara tələb adətən azalır. Bunun əsas səbəbi onların gücünün və çəkiş qabiliyyətinin qış şəraitində yetərli olmamasıdır. Xüsusilə, ön ötürücülü və mühərrik həcmi kiçik olan avtomobillər dik və sürüşkən yollarda problemlərlə qarşılaşa bilər.
Qış şərtlərinə uyğun olan xüsusi təchizatlı avtomobillər, məsələn, qış təkərləri və qızdırılan sistemləri olan sedan və hetçbek modelləri də müəyyən qədər daha çox tələb görür. Xüsusilə soyuq iqlimi olan bölgələrdə qış aylarında bu cür avtomobillərin qiymətində artım müşahidə edilir.
Qeyd edək ki, ölkədə havaların sadəcə 1,2 gün qarlı keçdiyinizi nəzərə alsaq bu bahalaşma müvəqqəti xarakter daşıyır.\\milli.az