Qasım Süleymaninin anım mərasimi keçirildi – Qanını yerdə qoymayacağıqbackend

Qasım Süleymaninin anım mərasimi keçirildi – Qanını yerdə qoymayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin xatirəsi paytaxt Tehranda anılıb.

NOCOMMENT.az xəbər verir ki, anım mərasimində İran prezidenti İbrahim Rəisi, İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı Hüseyn Selami, Qüds Qüvvələri komandanı briqada generalı İsmayıl Kaani, hökumət rəsmiləri, hərbi komandirlər, xarici missiya nümayəndələri, Süleymaninin ailəsi və vətəndaşlar iştirak edib.

Mərasimdə çıxış edən Rəisi bildirib ki, Süleymaninin xatirəsini yad etmək “terrorla mübarizəyə dəyər vermək, zülmdən və imperializmdən azad olmaq” deməkdir.

Süleymaninin itkisindən kədərləndiklərini, lakin qürur duyduqlarını ifadə edən Rəisi “Başımızı dik tutmuşuq. Çünki belə bir adam təkcə İranı düşünmürdü. O dünyanı da düşünürdü” deyə qeyd edib.

O, iranlı komandirin qisasını alacaqlarını bildirib: “Hüzurunuzda deyirəm, biz şəhid Süleymaninin qanını yerdə qoymayacağıq. Qatillərin və məsul şəxslərin rahat yatmasına imkan verməyəcəyik”.