Qasırğa nəticəsində 6 nəfər ölüb, 109 nəfər yaralanıbbackend

Qasırğa nəticəsində 6 nəfər ölüb, 109 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmanın mərkəzini vuran qasırğa nəticəsində 6 nəfərin öldüyü, 109 nəfərin yaralandığı bildirilib.

NOCOMMENT xəbər verir ki, Myanmanın yerli hakimiyyət orqanları tərəfindən verilən açıqlamada, dünən ölkənin mərkəzi hissəsində şiddətli qasırğanın baş verdiyi qeyd edilib.

Açıqlamada qasırğada 4-ü qadın olmaqla 6 nəfərin həyatını itirdiyi, 109 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada yaralıların Naypyitaw Union Bölgəsindəki xəstəxanalarda müalicə olunduğu, yaralılardan 16-nın vəziyyətinin ağır olduğu bildirilib.

Qasırğada 200-dən çox evə ziyan dəydiyi, xilasetmə işlərinin davam etdiyi bildirilib.