Qasırğada itən 537 nəfər ölü elan ediləcəkbackend

Qasırğada itən 537 nəfər ölü elan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malavi administrasiyası 676 nəfərin ölümünə səbəb olan “Freddi” qasırğasında itkin düşən 537 nəfərin axtarışlarını dayandıracağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Malavi Milli Fəlakət İdarəsinin rəhbəri Çarlz Kalemba mətbuata açıqlama verib.

Kalemba təbii fəlakətdə təxminən 143 min evin zərər gördüyünü, 659 min insanın isə köməyə ehtiyacı olduğunu bildirib.

Qasırğanın vəba epidemiyasının yayılmasına səbəb olma ehtimalına görə ölkədə gigiyena səfərbərliyinə başlanılıb.

Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən “Freddy”nin “tarixin ən uzun sürən qasırğası” ola biləcəyini açıqladı.

NOCOMMENT.AZ