Qasparyan açıqlama yaydı: Növbəti hərbi əməliyyatlara yaxşı hazırlaşmaq üçün…backend

Qasparyan açıqlama yaydı: Növbəti hərbi əməliyyatlara yaxşı hazırlaşmaq üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyan növbəti dəfə açıqlama yayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Qasparyan Ermənistan parlamentinə müraciət edərək 44 günlük müharibə ilə bağlı istintaq komitəsinin qurulmasını istəyib: “Müharibədən əvvəl və sonra Ermənistan hökumətinin atdığı addımlar bir çox suallar doğurub. Sui-qəsdlər barədə məlumatlar yayılmaqda davam edir. Paşinyan dövlət sirri sayılacaq məlumatları ictimaiyyətə açıqlayır. Bu da ciddi təhlükələrə səbəb ola bilər. Bütün bu məlumatları nəzərə alaraq müharibənin səbəb və nəticələri ilə bağlı İstintaq Komitəsinin qurulmasını təklif edirəm.

Yeni qurulacaq İstintaq Komitəsi gələcək hərbi əməliyyatlara daha effektiv hazırlaşmaq üçün vacib dərslər öyrənməyə imkan verəcəkdir”.

Xatırladaq ki, Qasparyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən istefaya göndərilmişdi.