Qasparyan: Yazıq Paşinyan döyüşmək istəyir, amma alınmırbackend

Qasparyan: Yazıq Paşinyan döyüşmək istəyir, amma alınmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın yazıq baş naziri Azərbaycanla döyüşmək istəyir, amma alınmır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Milli-Demokratik Qütb” partiyasının siyasi şurasının üzvü Vaqe Qasparyan deyib.

Siyasətçi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Ermənistanı “İttifaq Dövləti”nə qatılmağa məcbur etməsi ittihamı ilə bağlı suala belə cavab verib:

“Bunu mən yox, Ermənistan hakimiyyəti bilər. O, həmçinin bildirir ki, Ermənistandan dəhliz tələbi var. Əgər Ermənistan hakimiyyəti buna qarşıdırsa, anlaya bilmirəm ki, onların KTMT və MDB-dən çıxmasına, müttəfiqlik statusu almaq üçün Qərbə üz tutmasına nə mane olur? Heç bir əməli addım atmırlar, dayanmadan sızlayırlar. Heç bir əməli addımları yoxdur, əksinə, hər şeyi manipulyasiya edirlər.

Hər şeyi etməyə çalışırlar, amma alınmır, özlərinə “qərbyönlü qüvvələr” deyirlər. Baxın, yazıq Paşinyan döyüşmək istəyir, amma alınmır”.

Eyni zamanda, Qasparyan Laçın yolunun ruslar tərəfindən bağlanıldığını deyib.