Qasparyan: Yüksəkliklər Azərbaycanın nəzarətindədirbackend

Qasparyan: Yüksəkliklər Azərbaycanın nəzarətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Cermuk (İstisu, Dərələyəz mahalı) istiqamətində xidmət edən yüksək rütbəli hərbçilərindən biri diqqət çəkən etiraflarla çıxış edib.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, bu barədə “Qara Pantera” adlandırılan dəstənin komandiri Serob Qasparyan Ermənistanın “Hraparak” qəzetinə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu artıq öz ərazisində yerləşən yüksəkliklərdə mövqelərini möhkəmləndirib: “Onlar çox ağır tikinti işləri aparıb, yeni yollar çəkiblər. Cermuk ətrafında yerləşən bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır”.

Erməni komandir Ermənistan ordusunun təminatı ilə Azərbaycan hərbçilərinin təminatını da müqayisə edib. O vurğulayıb ki, əgər Ermənistan ordusunun mövqelərinə ərzaq piyada daşınırsa, Azərbaycan tərəfində vəziyyət tam əksinədir.

“Onlar mövqelərə aparan yolları tez bir müddətdə bərpa ediblər. Elə keyfiyyətli yollar salıblar ki, hətta mülki əhalinin istifadə etdiyi minik avtomobilləri ilə də o dağların arasından sürətlə keçmək mümkündür. Onlar əsgərini düşünüb səngər qazırlar, müdafiə üçün nəhəng həcmdə dəmir-beton materiallardan istifadə edirlər, qarışqa kimi işləyirlər”, – deyə S.Qasparyan vurğulayıb.