Qatar qəzasından sonra dəmiryol işçiləri tətilə başladıbackend

Qatar qəzasından sonra dəmiryol işçiləri tətilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Yunanıstanda baş verən qatar qəzasından sonra dəmiryolçular 24 saatlıq tətil elan ediblər.

NOCOMMENT.az xəbər verir ki, yerli vaxtla saat 06:00-da başlayan tətil Afina və Salonikidə nəqliyyatın kəsilməsinə və uzun nəqliyyat növbələrinə səbəb olub.

Afinada əksər iş yerləri işçilər üçün nəqliyyat imkanlarının olmaması səbəbindən açılmayıb.

İşçilər faciənin qəza deyil, ehtiyatsızlıqdan baş verdiyini iddia ediblər.

Belə ki, qəzadan 22 gün əvvəl yayımlanan birgə bəyanatda həmkarlar ittifaqları Yunanıstanda dəmir yolları və idarəetmə sistemlərinin əksər yerlərdə qüsurlu olduğuna diqqət çəkiblər.

NOCOMMENT.AZ