Qatar Yolu yenidən açılır? – Ermənistan–Rusiya razılaşmasında NƏLƏR VARbackend

Qatar Yolu yenidən açılır? – Ermənistan–Rusiya razılaşmasında NƏLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Rusiya arasında dəmir yollarının bərpası ilə bağlı aparılan danışıqlar yekun mərhələyə yaxınlaşıb. Rəsmi İrəvan yaxın günlərdə bu layihə üzrə yekun razılaşmanın əldə oluna biləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Khudatyan jurnalistlərə bildirib ki, hökumət Rusiyalı tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Onun sözlərinə görə, xüsusilə Yerasx–Azərbaycan sərhədi və Axurik–Türkiyə sərhədi istiqamətlərində yerləşən dəmir yolu sahələrinin bərpası ilə bağlı Moskva ilə qarşılıqlı anlaşma mövcuddur.

Nazir qeyd edib ki, bu iki istiqamət üzrə Rusiya tərəfi ilə ümumi razılıq əldə olunub və yaxın günlərdə konkret qərarın verilməsi gözlənilir. Hudatyan bildirib ki, razılaşma əldə olunarsa, dəmir yollarının bərpasına yatırımlar Rusiya tərəfindən həyata keçirilə bilər və tərəflər bu məsələdə razılaşmaya çox yaxındır.

Eyni zamanda, nazir vurğulayıb ki, əgər Rusiya ilə birgə əməkdaşlıqda hər hansı maneə yaranarsa, Ermənistan həmin sahələrin bərpasını müstəqil şəkildə həyata keçirmək variantını da nəzərdən keçirir. Onun sözlərinə görə, ölkədəki digər dəmir yolu xətləri ilə bağlı da müxtəlif həll yolları mövcuddur, lakin bu barədə hələlik ətraflı məlumat verilməyib.

Məlumata görə, Yerasx istiqamətinin Azərbaycan sərhədinə qədər uzanması regionda nəqliyyat kommunikasiyalarının açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihənin reallaşması Cənubi Qafqazda nəqliyyat əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların yaranmasına təsir göstərə bilər.

Sara