Qatığa 1 qaşıq bəhməz əlavə edin və… – Təsiri inanılmazdırbackend

Qatığa 1 qaşıq bəhməz əlavə edin və… – Təsiri inanılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam qidalar dedikdə ağıla gələnlər arasında mütləq qatıq gəlir.

NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, qatıq probiyotiklərlə olduqca zəngindir.

Bağırsaq sağlamlığı üçün probiotiklərin əhəmiyyəti məlumdur və qatıqda olan probiotiklər həzm sisteminə fayda verir. Qatıq bağırsaq florasını tarazlaşdırmağa kömək edir və zərərli bakteriyaların qarşısını alır. Kalsium və zülalla zəngin olan qatıq əzələ və sümük sağlamlığı üçün yaxşı seçimdir. Kalsium sümüklərə faydalıdır, protein isə əzələlərin bərpasını dəstəkləyir.

Həqiqətən minerallarla zəngin olan bəhməz, dəmirlə zəngin qida dəyəri ilə tanınır. Yorğunluq, saç tökülməsi, baş ağrısı və soyuqdəymə kimi əlamətlərlə dəmir çatışmazlığına qarşı faydalıdır. Bədəndə oksigen daşıyan hemoglobinin istehsalı üçün lazımlı bir qidadır. Bundan əlavə, bəhməz anemiya riskini azaltmağa kömək edə bilər.

Tərkibində təbii şəkər olan bəhməz enerjini artıra və yorğunluğu azalda bilər. Bəkməzin tərkibindəki antioksidant immunitet sistemini gücləndirməyə kömək edir.

Balanslı qidalanma üçün bəkməz və qatıq ikilisinə üstünlük verilə bilər. Tərkibində təbii şəkər olan bəhməz qatıqla birləşdikdə, nə çox şirin, nə də çox turş olan bir ləzzət ortaya çıxır.

Bəhməzli qatıq istehlakı çəkiyə nəzarət etməyə kömək edə bilər, çünki bu qarşımı yedikdə özünüzü tox hiss edəcəksiniz. Lakin bəhməzin yüksək şəkər tərkibi qan şəkərini artıra bilər.

Buna görə də bəhməz-qatığı nəzarətli şəkildə istehlak etmək çox vacibdir.