“Qax Rayon Mərkəzi Xəstəxanası” nın dezinfeksiya xidmətləri ləğv edildibackend

“Qax Rayon Mərkəzi Xəstəxanası” nın dezinfeksiya xidmətləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən elan olunan dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satın alınması ilə bağlı tender proseduru ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv səbəbi kimi Dövlət Satınalmaları Haqqında AR Qanununun 36.1.1-ci maddəsinə istinad edilib. Həmin maddəyə əsasən, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu halda tenderin keçirilməsi mümkün sayılmır.

Satınalmanın ehtimal olunan məbləği 4.471,85 AZN təşkil edirdi.

Qeyd edək ki, satınalma sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri çərçivəsində həyata keçirilməli idi.