Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEObackend

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə Bakıda səfirlik avtomobillərinin taksi dayanacağında qanunsuz parklanması ilə bağlı video yayılıb.

NOCOMMENT.az xəbər verir ki, görüntülərdə taksi sürücülərindən biri “Dəmirçi Plaza”nın qarşısında avtomobili saxlayaraq müştərilərilərin minib-düşməsinə şəraitin olmadığını bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli saytımıza bildirdi ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Həmin videonu təqdim edirik:

(Qafqazinfo)