Qayınatasını döyüb həbsə düşən dünya çempionu azadlığa çıxdıbackend

Qayınatasını döyüb həbsə düşən dünya çempionu azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon Məhkəməsində vəzifə saxtakarlığında iştirakda və sübutları saxtalaşdırmada təqsirləndirilən kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məcidova bəraət verilib.

Prokuror məhkəmənin qərarından apelyasiya protesti versə də, Bakı Apelyasiya Məhkəməsi Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, E.Məcidov 2018-ci ildə qayınatasını döyməkdə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.