2025-ci ildə dünyada mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü son üç ilin ən yüksək artım tempinə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Kpler analitik şirkətinə istinadən məlumat yayıb.
Artım əsasən Şimali Amerikada yeni ixrac güclərinin işə düşməsi ilə bağlıdır.
Analitiklərin məlumatına görə, ötən il MTQ ixracı 2024-cü illə müqayisədə 4% artaraq 429 milyon tona çatıb. Bu, 2022-ci ildən bəri (4,5%-lik artım) ən yüksək illik göstəricidir. Əsas artım ABŞ-dakı LNG Canada və Plaquemines layihələrinin hesabına təmin olunub.
Beləliklə, ABŞ bir il ərzində 100 milyon tondan çox MTQ ixrac edən ilk ölkə olaraq, bu sahədə qlobal liderliyini təsdiqləyib. Proqnozlara görə, ABŞ bu onilliyin sonunadək istehsal gücünü ikiqat artıracaq və bu da ixrac həcminin daha da böyüməsinə səbəb olacaq.
İstehsalın artması Asiya və Avropada qaz qiymətlərinin düşməsinə səbəb olub: Asiyada qiymətlər son bir ilin minimumuna yaxınlaşıb, Avropada isə ilin əvvəlindən bəri 40%-dən çox azalıb. Eyni zamanda, artan tədarük MTQ-nin daşınması üçün tanker tələbatını artırıb. Keçən ay Atlantik üzərindən daşınma dəyəri son iki ilin maksimum səviyyəsinə çatıb.













