Qaz sayğaclarının göstəriciləri ilə bağlı RƏSMİ MƏLUMATbackend

Qaz sayğaclarının göstəriciləri ilə bağlı RƏSMİ MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” olaraq ötən il dekabrın 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abunəçilərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını qaynar xəttimizə (077 3 104 104) göndərsin”.

NOCOMMENT-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq: “Əks halda, mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülmüşdü.

Qaynar xəttə ümumilikdə 1 334 foto daxil olub. Bu müraciətlərdən 1 192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb. Ümumilikdə İstehsalat Birliyi 1 282 500 ədəd mexaniki-elektron sayğacın oxunmasını təmin etməlidir. Yanvarın 6-da günorta saatlarına qədər bu işin 31 %-i icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın 9-na günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur”.

azəriqaz qaz sayğac