Qaz və işıq tariflərinin artması zəruri idi, Avropada qiymətlərin qalxması… – İqtisadçı ekspertbackend

Qaz və işıq tariflərinin artması zəruri idi, Avropada qiymətlərin qalxması… – İqtisadçı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyimiz kimi Tarif şurasının qərarına əsasən təbii qazın və elektrik enerjisinin tariflərində artım oldu. Tarif şurasının bu qərarı dünya bazarında təbii qazın bahalaşması, ölkənin enerji təminatı və ona investisiya qoyuluşunu təmin etmək, bu sahələrə çəkilən xərcləri dövlət büdcəsindən ayırmaq, həmçinin də istehlak edilən təbii qazın istehsalı ilə əlaqədar xərclər və elektik təchizat avadanlıqlarının alınması məqsədi daşıyır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. O bildirdi ki, tariflərin artırılması zəruri idi:

“Təbii ehtiyatlar qıt, insanların istək və tələbatları isə sonsuzdur. Resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, ölkə iqtisadiyyatının rəqabətə davamlılığı, enerji təhlükəsizliyinin təmin olunması, tərəflər arasında maraqların uzlaşdırılması, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin azaldılması və ya ləğv edilməsi məqsədi ilə tariflərin artırılması zəruri idi. Təbii qazın tarifinin artırılması birbaşa dünyada gedən qiymət artımı və xüsusi ilə də Avropada elektrik enerjisinin qiymətinin kəskin artımı ilə əlaqədardır. Pandemiyanın durğunluq mərhələsi nəzərə alınmasa, cari ilin 1-ci dönəmində iqtisadi aktivlik sənayə və iaşə müəssisələrində sürətlə irəllədi, bunun nəticəsi olaraq elektrik enerjisi tələbata bağlı olaraq %40 artım göstərdi. Qiymətlərin artıma doğru istiqamətlənməsi istehlakçı kateqoriyaları üçün kommunal xərcləri artırdı”.

“Nəzərinizə çatdırım ki, Respublikamızda əsas enerji istehsalçısı olan “Azerenerji” ASC elektrik enerjisinin 96%-ni tebii qaz hesabına istehsal edir. Azərbaycan İES-ləri elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın 57%-ni təbii qazın hesabına təmin edir. Tarif artımında zərurət infrastrukturun yaxşılaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması, bu sahədə yaranan əlavə xərcləri qarşılamaq məqsədlidir”.

Ekspert bu qiymət artımının digər sahələrə təsir etməyəcəyini düşündüyünü qeyd edib:

“Çörəyin və digər zəruri ehtiyac mallarının qiymətinin artması birbaşa daşınma xərcləri, həmçinin istehsal prosesində istifadə olunan elektrik enerjisinin tarifinə uyğun olaraq artmaqdadır. Lakin fahiş qiymətinin qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi bazara mütəmadi olaraq nəzarət edir. Manatın infilyasiyasından isə söhbət gedə bilməz. Dövlət büdcəsindən inflyasinanın qarşısının alınması və milli valyutanın dəyərinin qorunub saxlanılması məqsədi ilə yetərincə vəsait ayrılır”.

Cavidan Mirzəzadə / Nocomment.az