Qazax sakinindən narkotik götürüldübackend

Qazax sakinindən narkotik götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini İlham Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırmalar davam etdirilir.