Qazaxda 13 yaşlı qız qızılcadan ölüb – YENİLƏNİBbackend

Qazaxda 13 yaşlı qız qızılcadan ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 13 yaşlı məktəbli qızılcadan vəfat edib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qazaxda baş verib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (qadın cinsi) 12.01.2024-cü il tarixində saat 15:44 radələrində ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

“Tibb müəssisəsində ilkin tibbi müdaxilələr aparılmasına baxmayaraq, xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb.

13.01.2024-cü il tarixində xəstə koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub.

Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsində ona qızılca, ensefalit diaqnozu qoyulub. Vəziyyətində ağırlaşma müşahidə olunan pasiyentin paytaxt Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birinə təxliyəsi nəzərdə tutulub və aparılarkən yolda həkiməqədər ölüm qeydə alınıb”.

*****

21:09

Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.

Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.

Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.

Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir

Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.