Qazaxda ağır yol qəzası: Ata-oğul öldübackend

Qazaxda ağır yol qəzası: Ata-oğul öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-2103” avtomobilləri toqquşublar.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.