Qazaxda avtomobil dərəyə aşıb: Ölənlər varbackend

Qazaxda avtomobil dərəyə aşıb: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunun Ağköynək kəndində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

NOCOMMENT xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili yol kənarına aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.