Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ 21099 markalı avtomobilin yan güzgüsünə dəymiş daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.