Qazaxda baş verən qəzada ana və oğlu xəsarət alıbbackend

Qazaxda baş verən qəzada ana və oğlu xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dörd Yol adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” və “VAZ 21011” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Q.Nuriyeva və onun az yaşlı oğlu 2018-ci il təvəllüdlü Z.Nuriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.