Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur – 674 min 949 manat 5 qəpik ayrıldıbackend

Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur – 674 min 949 manat 5 qəpik ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Azərtranss” MMC (VÖEN – 4200338081) olub.

Qeyd edək ki, İcra Hakimiyyəti Qazax şəhərində Bakı və Əliağa Şıxlinski küçələrində yolların əsaslı təmiri işləri üçün “Azərtranss” MMC-yə 674 min 949 manat 5 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Qazax şəhərində təmir olunması nəzərdə tutulan Bakı və Əliağa Şıxlinski küçələrində cəmi 2 il əvvəl təmir işləri həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ilin 11 iyul tarixində Qazax rayon İcra Hakimiyyətinin açıqladığı məlumatda adı keçən küçələrdə təmir işlərinin həyata keçirildiyi göstərilib.