Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var – YENİLƏNİBbackend

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanların kimliyi bilinib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-ci il təvvəlüdlü Todua Yalidir.

***

Saat 20:45

Qazaxda yol qəzası olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Məlumata görə, qəzaya uğrayan avtomobil Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus olub.