Qazaxda qardaş qardaşı bıçaqladı- Təfərrüatbackend

Qazaxda qardaş qardaşı bıçaqladı- Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda bıçaqlanma olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafa Qaracayevi bıçaqlanıb. O, üç bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən M.Qaracayevin qardaşı, 1971-ci il təvəllüdlü Araz Qaracayev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin ev və torpaq sahəsi üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Report