Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidəbackend

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.

Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıblar.

NOCOMMENT turan-a istinadən xəbər verir ki, bu barədə bir neçə erməni KİV və teleqram kanalı Tavuş bölgəsinin yerli hakimiyyət orqanlarına əsasən məlumatlar yayıb.

Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə günahlandırıblar. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi ərazilərin təslim edilməsinin mümkün olmadığını bildirib.

Əslində bu bəyanat baş verənlərə zidd deyil, çünkü bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara  kəndlərindən gedir.

Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil və dəmir yolları bu anklavlardan keçir. Erməni tərəfi Rusiyaya məhz bu yolun açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, Bakı buna o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın.