Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satqaliyev bildirib ki, ölkədə inşa ediləcək atom elektrik stansiyasının dəyəri təxminən 14 milyard ABŞ dolları təşkil edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tengrinews məlumat yayıb.
“Layihənin yekun dəyəri texniki-iqtisadi əsaslandırma əsasında müəyyənləşdiriləcək. <…> Lakin dünya təcrübəsinə əsaslansaq, bu səviyyədə bir stansiyanın qiyməti minimum 14 milyard dollar civarındadır,” – deyə Satqaliyev qeyd edib.