Qazaxıstanın axtarış-xilasetmə qrupu Qaziantepin Nurdağı rayonunda dağıntılar altından daha 3 nəfəri xilas edib.
NOCOMMENT xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilir ki, hazırda qruplar Qaziantep və Hatay vilayətlərində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Açıqlamada, komandanın gecə saatlarında Nurdağıda tamamilə uçan binanın dağıntıları altından 2-si qadın olmaqla 3 nəfəri xilas etdiyi bildirilib.
Qaziantepdə baş verən zəlzələdən 76 saat sonra Qazaxıstan komandası 3 nəfəri sağ-salamat çatdıraraq dağıntılar altından çıxarıb.
Qrupun hadisə yerində koordinasiya işini aparan Qazaxıstan fövqəladə vəziyyət nazirinin birinci müavini İbrahim Kulşimbayev bildirib ki, qrup dağıntılar altından 10 nəfərin cəsədini çıxarıb.