ABŞ-ın Moskva birjasına qarşı tətbiq etdiyi sanksiyalara görə Qazaxıstan Fond Birjasının (KASE) və Astana Beynəlxalq Birjasının (AIX) birləşməsi dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Forbes” Qazaxıstan Milli Bankının sədri Timur Süleymenova istinadən məlumat yayıb.
Milli Bank rəhbərinin sözlərinə görə, inteqrasiya elementlərindən biri vahid birja holdinq şirkətinin yaradılması olub. Lakin KASE səhmlərinin 13,1%-nə sahib olan Moskva Birjası iyunun ortalarında ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qaldıqdan sonra bu məsələ indi gündəmdən düşüb.
“Nə qədər ki, bu vəziyyət davam edir, məsələ dayandırılıb”, – Süleymanov aydınlıq gətirib.
Onun sözlərinə görə, sanksiyaya məruz qalan səhmdar fond bazarının tam inkişafına mane olur. O, əlavə edib ki, Qazaxıstan birjası öz səhmlərini Moskva birjasından geri ala bilər, lakin platforma belə bir qərarı müstəqil qəbul edəcək.