Qazaxıstan gerbini dəyişə bilərbackend

Qazaxıstan gerbini dəyişə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət gerbinin dəyişdirilməsinin mümkünlüyünü etiraf edərək, indiki gerbin eklektizm və sovet dövrünün əlamətlərini ehtiva etdiyini qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, vurğulayıb ki, dövlət gerbi ilə bağlı mütəxəssislərin və maraqlanan vətəndaşların, o cümlədən gənclərin Qazaxıstan gerbinin dərk edilməsinin çox çətin olması ilə bağlı arqumentlərini nəzərə almaq lazımdır.

Qazaxıstan prezidentinin sözlərinə görə, gerbin dəyişdirilməsinə ictimai razılıq olarsa, bütün aspektləri nəzərdən keçirəcək və ictimai müzakirə aparacaq xüsusi komissiya toplana bilər. Bundan sonra Tokayev respublikanın yeni dövlət gerbinin ən yaxşı eskizi aüçün müsabiqə elan etməyi təklif edib.