Qazaxıstan meşə yanğını ilə mübarizə aparırbackend

Qazaxıstan meşə yanğını ilə mübarizə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın şərqindəki Abay vilayətində 60 min hektardan çox ərazini əhatə edən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

NOCOMMENT xəbər verir ki, yanğın nəticəsində 3 meşə işçisi həyatını itirərkən, 11 işçinin axtarış-xilasetmə işləri davam edir. Bölgədə 316 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Qazaxıstan Baş Nazirliyinin açıqlamasında bildirilir ki, baş nazir Əlihan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.

Açıqlamada ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı bildirilib.

Qazaxıstan 60 min hektardan çox meşə yanğını ilə mübarizə aparır

Açıqlamada yanğının yayıldığı ərazinin 60 min hektardan çox olduğu, söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən əsgər və yanğınsöndürənlərin göndərildiyi bildirilib.

Açıqlamada rayonda vəziyyətin nəzarət altında olduğu və yanğının kəndlərə keçməsi təhlükəsinin olmadığı bildirilib.