Qazaxıstan Milli Bankı valyutadəyişmə məntəqələrinin işini dayandırıbbackend

Qazaxıstan Milli Bankı valyutadəyişmə məntəqələrinin işini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Milli Bankı ölkədəki valyutadəyişmə məntəqələrinin işinin təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırıldığını bildirib.

Bu barədə “NOCOMMENT” Report-a istinadən xəbər verir.

Maliyyə tənzimləyicisinin məlumatına görə, Qazaxıstan Fond Birjasının valyuta platformasında ticarətin bərpası, beynəlxalq ödənişlərin və köçürmələrin aparılması üçün tədbirlər Almatı şəhərində və digər regionlarda vəziyyətin sabitləşməsi, eləcə də rabitənin bərpası ilə əlaqədar həyata keçiriləcək.

Qeyd olunur ki, bank xidmətlərinin əhali və biznes üçün prioritetliyi, sosial əhəmiyyəti nəzərə alınmaqla, bank sisteminin bərpası mərhələli şəkildə həyata keçiriləcək.