Qazaxıstan öz istehsalı olan dronları sınaqdan keçiribbackend

Qazaxıstan öz istehsalı olan dronları sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda yerli istehsal olan dronlar sınaqdan keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bütün PUA-lar müasir videomüşahidə avadanlığı, sensorlar, məsafəölçənlər və termal kameralarla təchiz olunub. Yerli istehsal şirkətləri hərbçilərin bütün tələb və istəklərini nəzərə alıb.

Dronların yerli istehsal olması büdcə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etməyə, onların sonrakı texniki xidmət və modernləşdirilməsi məsələlərini operativ həll etməyə imkan verəcək.