Qazaxıstanın özünəməxsus avtomobil modeli ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “LS” nəşri “Astana Motors” şirkətinin rəhbəri Nurlan Smaqulova istinadən məlumat yayıb.
“Bizim avtomobillərin texnoloji tərəfdaşı olacaq. Bu, bir növ çevrilmiş Çin nəqliyyatı olmamalıdır. Biz qazaxıstanlılar üçün əsl unikal məhsul hazırlamaq istəyirik”, – deyə Smaqulov izah edib.
Onun sözlərinə görə, belə avtomobil Qazaxıstanda iki il ərzində təqdim olunacaq.