Qazaxıstan Prezidenti İrana səfər edibbackend

Qazaxıstan Prezidenti İrana səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.

NOCOMMENT.az xəbər verir ki, səfər çərçivəsində prezidentlərin görüşü ilə yanaşı, Kasım-Jomart Tokayevin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub.

Eyni zamanda, İran ilə Qazaxıstan arasında tranzit, ticarət, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlər imzalanacaq.

Prezidentlərin görüşündə regional təhlükəsizlik məsələsi də müzakirə mövzusu olacaq.