Qazaxıstan Rusiyaya birləşdirilsin – Hamzayev – FOTObackend

Qazaxıstan Rusiyaya birləşdirilsin – Hamzayev – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan Rusiyaya birləşdirilsin”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Sultan Hamzayev deyib. O, Qazaxıstanı Rusiyaya birləşdirmək təklifi ilə çıxış edib.

Dövlət Dumasının “Vahid Rusiya” deputatı Sultan Hamzayev Rusiyanı Qazaxıstanın “tarixi vətəni” adlandırıb.

“Mən Qazaxıstanın tarixi vətəni Rusiya ilə birləşməsi ilə bağlı Qazaxıstanda referendumun keçirilməsinin tərəfdarıyam”, – parlamentari deyib.

Deputat əlavə edib ki, Qazaxıstan prezidenti öz bəyanatlarını rus dilində edir və bu, onun fikrincə, “rus torpağı”nın təsdiqi ola bilər.

Bundan əvvəl LDPR lideri Vladimir Jirinovski ölkədə vəziyyətin normallaşmayacağı təqdirdə Qazaxıstanın şimalının Rusiya Federasiyasının tərkibinə daxil ola biləcəyini bildirmişdi. /Konkret.az