Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınırbackend

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.