“Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir.”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
“Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır”, – deyə o əlavə edib.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, investisiya, aqrar və tranzit-nəqliyyat sahələrində genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.
Xüsusi diqqət mədəni-humanitar qarşılıqlı fəaliyyətə yönəldilib.
Tərəflər, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.













