Qazaxıstan XİN: Rusiya ilə vizalı rejim qüvvədə qalırbackend

Qazaxıstan XİN: Rusiya ilə vizalı rejim qüvvədə qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Rusiya ilə vizalı rejimin tətbiq olunması barədə yayılan məlumatları təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, 30 iyun tarixindən Rusiya tərəfindən tətbiq ediləcək yeni miqrasiya tələblərinə dair yayılan xəbərləri şərh edib. Yeni qaydalara əsasən, sərhədi keçmək barədə əvvəlcədən məlumat vermək tələb olunacaq.

“Nədənsə başlıqlarda yazılır ki, guya Rusiya vizalı rejim tətbiq edir. Bizim Rusiya ilə aramızda vizasız rejim mövcuddur və bu, qüvvədə qalır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, “əhalini yanlış başlıqlarla təşvişə salmağa ehtiyac yoxdur”.