Qazaxıstan yeni baş nazirini seçibbackend

Qazaxıstan yeni baş nazirini seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Parlament Məclisində yeni Baş nazirin seçilməsi üçün səsvermə keçirilib.

NOCOMMENT.az xəbər verir ki, səsvermə nəticəsində Oljas Bektenov Qazaxıstanın yeni Baş naziri seçilib. Oljas Bektenovun Baş nazir postuna namizədliyinin lehinə 69, əleyhinə 7 səs verilib. Hökumət başçısı parlamentdəki çıxışında operativ və qətiyyətli tədbirlərin görülməsinin vacibliyini bəyan edib.

“Qanunun aliliyinin təmin edilməsi ilə bağlı tədbirlər və əhalini narahat edən digər məsələlər daim hökumətin diqqətində olacaq. Hökumət ölkəmizin rifahı üçün işləyəcək”, – deyə parlamentdə çıxış edən Oljas Bektenov bildirib.

Qeyd edək ki, 43 yaşlı yeni baş nazir Qazaxıstan Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.