Astana Şəhər Cinayət Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Turqumbayevi 5 il müddətinə şərti azadlıqdan məhrum edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Eks-nazir 2022-ci ilin yanvar ayında iğtişaşlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə məhkum edilib.
“Məhkəmənin hökmü ilə Turqumbayev cinayət törətməkdə təqsirli bilinərək 10 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə şərti azadlıqdan məhrum edilib. Turqumbayevin əməllərində korrupsiya cinayəti əlaməti olmadığından onun barəsində şərti cəza qərarı verilib. Məhkəmə məhkumun günahını etiraf etməsini, səmimi peşmanlığını və ilk dəfə cinayət törətməsini nəzərə alıb”, – qərarda deyilir.