Qazaxıstanda 5,4 bal gücündə zəlzələ baş verib
Qazaxıstan Milli Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (SOME) verdiyi açıqlamaya görə, zəlzələ yerli vaxtla saat 19.02-də qeydə alınıb.
NOCOMMENT xəbər verir ki, 5,4 bal gücündə zəlzələ ölkənin cənubunda Almatı şəhərindən 628 kilometr qərbdə baş verib.
Zəlzələ ölkənin cənubundakı Çimkənd və Taraz şəhərlərində də hiss olunub.