Qazaxıstanda baş verən atışmada ölənlər var – VİDEObackend

Qazaxıstanda baş verən atışmada ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almatı Şəhər Polis İdarəsi məlumat yayıb. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Məlumata görə, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri, 1967-ci ildə anadan olmuş D. adlı şəxs məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.