Qazaxıstanda bir kənd qarayara xəstəliyinə görə karantinə alınıbbackend

Qazaxıstanda bir kənd qarayara xəstəliyinə görə karantinə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı vilayətinin Ulken Aksu kəndi qarayara xəstəliyinə görə karantinə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” kəndin hakimi Adiljan Kurbaniyazova istinadən məlumat yayıb.

Ərazidə mal-qaranın və ət məhsullarının ixracına qadağa qoyuldu. İnsanların hərəkətini qadağan edən heç bir sərəncam yoxdur.

Sentyabrın 3-də məlum olub ki, Qazaxıstanın Ulken Aksu kəndinin yerli sakinləri arasında 4 şübhəli qarayara yoluxma faktı müəyyən edilib. İnfeksiyanın səbəbi, ilkin olaraq, kəsim zamanı xəstə heyvanla təmas olub.

Bundan əvvəl Estoniyadakı hərbi bazada mədə qripi epidemiyasının baş verməsi barədə məlumat verilmişdi. Daha sonra respublika hakimiyyəti 70 yoluxma halını və yoluxma hallarının mümkün artımını açıqlayıb.