Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulubbackend

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.

Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.